19 fevral 2024 at 17:37
Jurnalist kodu: 5487
Xəbər kodu: 85392016
T T
0 Persons
HƏMAS: Fələstinlilərin Məscidül-Əqsaya girişinin məhdudlaşdırılması dini müharibədir

Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) sionist rejimin fələstinlilərin müqəddəs Ramazan ayında Məscidül-Əqsaya girişini məhdudlaşdırmaq planına reaksiya verərək bu hərəkəti Fələstin xalqına qarşı dini müharibə adlandırıb və ibadət azadlığının pozulmasının cavabsız qalmayacağını vurğulayıb.

HƏMAS mətbuata açıqlamasında bildirib: “Sionist rejimin baş naziri Benyamin Netanyahunun bu rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Gverin təklifi ilə işğal olunmuş ərazilərdə yaşayan fələstinlilərin Məscidül-Əqsaya girişinin məhdudlaşdırılması ilə bağlı terror razılaşması sionist cinayəti və ekstremist mühacirlərin Fələstin xalqına qarşı dini müharibəsi və ibadət azadlığının pozulmasıdır.”

HƏMAS Təl-Əvivin müqəddəs Ramazan ayında Məscidül-Əqsaya hücumlarını artırmaq istədiyini bəyan edərək deyib: “İşğal olunmuş ərazilərdə, Qüdsdə və İordan çayının qərb sahilindəki Fələstin xalqını bu cinayətkar qərara qarşı səfərbər olmağa və Məscidül-Əqsada yürüş etməyə çağırırıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .